• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu şəhərin 28 ildir İcra başçısı yoxdur

Azərbaycanda bu şəhərin 28 ildir İcra başçısı yoxdur
22.04.2019 21:37
Azərbaycanın böyük şəhərlərindən biri olan Xankəndində rəsmi dövlət orqanları mövcud deyil.


Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən yazır ki, 30 kv.km-ə yaxın sahəsi, 55 mindən çox əhalisi olan Xankəndi şəhərində nə icra hakimiyyəti orqanları, nə də məhkəmə orqanları fəaliyyət göstərir.


Yalnız qanunverici orqanda - Milli Məclisdə Xankəndi şəhərini təmsil edən millət vəkili fəaliyyət göstərir.


Məlumat üçün bildirək ki, rəsmi məlumatlara görə şəhər əhalisinin təxminən 1/5-ni azərbaycanlılar təşkil edir. Hazırda Xankəndinin işğal altında olması səbəbindən şəhərin azərbaycanlı əhalisi ölkənin digər rayonlarında məskunlaşıblar.


Mərkəzi Seçki Komissiyası 122 saylı Xankəndi seçki dairəsində 13 məntəqə formalaşdırıb və son məlumata görə bu dairədə 4 838 seçici qeydə alınıb.


2005-ci ildən etibarən keçirilən bütün seçkilərdən sonra Xankəndi şəhərini Milli Məclisdə mərhum Milli Qəhrəman Şirin Mirzəyevinhəyat yoldaşı Flora Qasımova təmsil edir. Onu da qeyd edək ki, Xankəndi şəhəri üzrə Milli Məclisə ilk dəfə 2005-ci ildə seçkilər keçirilib.


Məsələ ilə bağlı yeniavaz.com-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Xankəndi ilə yanaşı Ağdərə rayonu da bərpa edilərək öz rəsmi statusuna qovuşmalıdır: 


"Xankəndində 1988-ci ilə qədər orta hesabla 16-17 min azərbaycanlı yaşayırdı. Bunlar ermənilər tərəfindən yurd-yuvasından qovuldu, didərgin salındı və öldürüldü. Xankəndi Azərbaycan Respublikasının şəhəridir və rəsmi bir qurumda təmsil olunmalıdır. Xankəndində təkcə düşmənlər yaşamayıb, azərbaycanlılar yaşayıb və ora tarixən Qarabağ xanın kəndi olub. Ermənilər buraya sonradan gəlib. Ona görə də mən burada müvafiq bir icra struktrunun olmasını məqsədəuyğun hesab etmişəm".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol