• $
  • €
  • ₽
  • ₺
  • £

Elinanın anası: “İki min manat istədi, bizim də o qədər pulumuz yoxdur”

Elinanın anası: “İki min manat istədi, bizim də o qədər pulumuz yoxdur”
22.04.2019 23:20
162 saylı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar edən Elina Hacıyevanın ailəsinin vəkillə müqavilə bağlamağa maddi imkanı olmadığından, sosial şəbəkələrdə bu məqsədlə yardım göstərilməsi üçün paylaşımlar yayılmışdı.
Bizimyol.info xəbər verir ki, Vəkillər Kollegiyasının rəhbəri Anar Bağırov aprelin 22-də bir neçə vəkilin bu işə qoşulub, ailəyə könüllü şəkildə hüquqi yardım göstərməyə hazır olduğunu bildirib. A.Bağırov həmin vəkillərin adlarını da açıqlayıb – Sevinc Əliyeva, Azər Nağıyev, Emin İsayev.
 
 
Anar Bağırov
 
A.Bağırov bildirir ki, ailənin vəkil üçün maddi dəstəyə ehtiyacı haqda məqaləni oxuyandan dərhal sonra özü Elinanın anası Sevil Hüseynovanın telefonunu axtarıb tapıb, onunla əlaqə saxlayıb, onları vəkillə təmin etməyə hazır olduqlarını çatdırıb.
Ailə hələlik Vəkillər Kollegiyası rəhbərliyinin təklifinə konkret cavab verməyib. Sevil Hüseynova Bizimyol.info-ya açıqlamasında bildirib ki, bir müddət əvvəl vəkillə danışıb razılaşmışdılar. Həmin vəkil əvvəlcə onlara pulsuz hüquqi yardım göstərəcəyini desə də, sonradan pul istəyib: "Bizdən iki min pul istədi. Dedi ki, iki minə qədər xərc çıxacaq. Bizim də o qədər pulumuz yoxdur. Həm də bu iş prezidentin nəzarətindədir. Ona görə imtina elədim”.
S.Hüseynova bildirib ki, vəkil üçün maddi yardım məsələsi sosial şəbəkələrdə yayılandan sonra Təranə Əliyeva adlı vəkil gələrək, onlara təmənnasız hüquqi yardım göstərəcəyini deyib: "Hələ qəti qərar verməmişik, amma çox güman ki, vəkilimiz Təranə Əliyeva olacaq”.
E.Hacıyeva aprelin 6-da xəstəxanada dünyasını dəyişib. Onun ölümü ilə əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hadisədən sonra 162 saylı məktəbin direktoru Sevinc Abbasova, direktor müavini Lalə Məhərrəmova, sinif rəhbəri Çimnaz Mehdiyeva və psixoloq Könül Ağayeva işdən çıxarılıb. Daha sonra Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Amma o, həbs olunmayıb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol