Azərbaycanda bələdiyyə sədri özünü asıb

Göyçay rayonunda intihar hadisəsi baş verib.APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Çayarxı kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Mahmud Şıxməmmədov yaşadığı evin həyətindəki mal-qara tövləsində özünü kəndirlə asaraq intihar edib. 2009-cu ildən Çayarxı, Qarabaqqal və Hacalıkənd kəndlərini birləşdirən Qarabaqqal bələdiyyəsinin sədri vəzifəsində çalışan, üç övlad atası olan M. Şıxməmmədovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hazırda rayon rəhbərliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Göyçay Rayon Prokurorluğu tərəfindən intihar hadisəsinin baş vermə səbəbi araşdırılır. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























