• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid qızı Zəhra - Bu daraqdan atamın qoxusu gəlir, onu heç kimə verməyəcəyəm

Şəhid qızı Zəhra - Bu daraqdan atamın qoxusu gəlir, onu heç kimə verməyəcəyəm
23.04.2019 12:09
Anews.az mubarizim.com-a istinadən jurnalist Orxan Əlinin "Şəhid qızının müqəddəs darağı" yazısını təqdim edir:

Əlində daraq var... Qucaqlayıb qoxulayır... Bir də sinəsinə sıxır... Saatlarla baxır darağa. Sanki üzərində nə isə var imiş kimi tez baxır...

Yatanda gəlincik yerinə həmin darağı qucaqlayır...

O, ŞƏHİD gizir Rusif Ağayevin şirin qız balası Zəhradır. Əlindəki isə atasının işlətdiyi daraq... Balaca Zəhra darağı götürüb qoxulayır, deyir ki, bundan atamın qorxusu gəlir. Heç kimə verməyəcəyəm bu darağı. Yatanda, yemək yeyəndə özümlə gəzdirəcəyəm. Çox darıxmışam mən atam üçün...

Bu körpə balanın atasından qalan yeganə təsəlli yeri olan daraq bəlkə də bir vaxtlar adi bir əşya idi. Amma ona dəyən əllər, oxşadığı saçlar onu müqəddəs etdi. Şəhidin müqəddəs adının həkk olunduğu bu daraq artıq sadəcə bir əşya deyil. O dəyərə çevrilib. Balaca Zəhranın oyuncağı olub. Uşaqlar oyuncaqlarını çox sevirlər. Onlara dərin məhəbbət bəsləyirlər. Amma Zəhranın oyuncağı digərlərindən çox fərqlidir. Çünki onun üzərində ATA sevgisi var.

Bir müddət əvvəl şəhid haqqında film çəkilişləri zamanı atasının şəhadətindən sonra dünyaya gələn şəhid övladını danışdırdıq. Atası barəsində soruşanda dedi: "Atam Şəhidlər Xiyabanındadır. Ora Bakının ən hündür yeridir. Bütün şəhər ayaqlarının altında olur. Həmişə hiss edirəm ki, atamın nəzəri üzərimdədir".

Şəhid övladı olmağın ağrı-acısı var. İllərlə ata həsrəti, nisgil, hər əşyada, şəkildə onu görmək... Bununla böyüyür şəhid övladları. Amma bir vaxt olur ki, bütün bunlar onun qürur mənbəyinə çevrilir. Dərk edəndə ki, onun atası hər kəs kimi adi biri deyil o zaman illərlə çəkdiyi acı şirin bir məlhəmə çevrilir. Çünki onun ATASI milyonların içində seçilənlərdəndir.

Bu gün balaca Zəhra da həmin acı mərhələsindədir. Onun üçün atasının darağı müqəddəs bir amala çevrilib. Amma vaxt gələcək o, ŞƏHİD RUSİFİN qızı olduğu üçün qürur duyacaq. O zaman indi ağlayaraq qoxuladığı daraqdan atasının qazandığı Cənnətin ətrini duyacaq...

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol