• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslərin pensiyaları artırıldı

Bu şəxslərin pensiyaları artırıldı
23.04.2019 12:47
Prezident İlham Əliyevin vətəndaş hüquqlarının yüksək səviyyədə təminatı və bütün sahələrdə sosial ədalət prinsipinə əməl olunması barədə tapşırığının icrası sosial müdafiə sahəsində aparılan islahat tədbirlərində də daim diqqətdə saxlanılır.

Bu istiqamətdə görülən tədbirlərdən biri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ötən dövrdə pensiya təyinatı, xüsusilə təyin olunmuş pensiyaların məbləğlərinin hesablanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətinin araşdırılması həyata keçirilir.

Nazirlikdən Anews.az-a verilən məlumata görə, araşdırma nəticəsində əvvəlki illərdə bir çox hallarda təyin olunmuş pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablanması faktları aşkar edilir.

İndiyədək İdarə tərəfindən 300-dən çox şəxsin pensiyası üzrə belə fakt müəyyən edilib və onların pensiya məbləğlərinin qanuna uyğunlaşdırılaraq artırılması təmin edilib. (O cümlədən, ailə başçısını itirməyə görə pensiya alanlar üzrə 75 vətəndaşın pensiyası yenidən hesablanmaqla, 45 faiz artırılıb). Eyni zamanda, həmin artımların qeyd olunan şəxslərin pensiya hüququ yarandığı dövrdən hesablanaraq verilməsinə başlanıb.

Beləliklə, vətəndaşların əvvəlki illərdə pozulmuş pensiya hüquqları və onlara qarşı ədalətli yanaşma bərpa olunmaqla, onların pensiyalarında əhəmiyyətli artımlar edilib. Bundan məmnun qalan pensiyaçılar nazirliyə ünvanladıqları müraciətlərdə pensiya hüquqlarının bərpasına və onlarla bağlı ədalətli addımın atılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edirlər.

Hazırda müvafiq araşdırmalar davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol