Qar uçqununa düşən əsgərdən xəbər var

Məlumat verildiyi kimi, mart ayının əvvəllərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2 hərbi qulluqçusu Daşkəsən rayonunda qar uçqununun baş verməsi nəticəsində itkin düşüb.
Fövqəladə Hallar Nazirliyindən Anews.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ xilasediciləri qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində həmin hərbi qulluqçulardan ikincisi – əsgər Fərrux Fərman oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























