• $
  • €
  • ₽
  • ₺
  • £

Qadın jurnalisti restoranda döydülər - Azərbaycanda

Qadın jurnalisti restoranda döydülər - Azərbaycanda
23.04.2019 13:16
Abşeron rayonu, Fatmai qəsəbəsində yerləşən "Oskar” otel-restoranında 39 yaşlı Jalə Əliyeva döyülüb.

Anews.az  virtualaz.org-a istinadən xəbər verir ki, hadisə dünən axşam baş verib.

Mehdiabad polis bölməsindən bildiriblər ki, dünən gecə təxminən saat 24:00-da özünü "Star Media”nın nümayəndəsi kimi təqdim edən şəxslər "Oscar”da çəkiliş aparmaq istəyiblər. Qadın jurnalist olduğunu, restoranda şikayət əsasında çəkiliş apardığını söyləyib. Bundan sonra mübahisə baş verib və döyülüb.

"Star Media”dan faktı təsdiqləyiblər və bildiriblər ki, döyülmüş jurnalist qadın hazırda xəstəxanadadır.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov döyülmə faktını təsdiqləyib. Bildirib ki, qadın təcili yardımla Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub, həyati təhlükəsi yoxdur.

Hazırda araşdırma aparılır.

Xatırladaq ki, ötən ilin sentyabr ayının 23-də elə həmin oteldə Ucar rayon sakini Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdı. Polis əməkdaşlarının "isti izlər”lə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev qısa zamanda müəyyən edilərək saxlanılmışdı.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol