• $
  • €
  • ₽
  • ₺
  • £

Hər gün bir dilim pendir yemək orqanizmi infarktdan müdafiə edir

Hər gün bir dilim pendir yemək orqanizmi infarktdan müdafiə edir
29.05.2020 06:17
Tədqiqatların nəticələri göstərir ki, hər gün pendir yemək infarktın əmələgəlmə riskini azaldır.

Redinq Universitetindən olan alimlərin "European Journal of Nutrition" jurnalında dərc edilən məlumatlarına görə, hər gün bir dilim pendir orqanizmin infarktdan müdafiəsini gücləndirir.

Anews.az AZƏRTAC-a istinadən bildirir ki, əksər hallarda bu vərdiş ürək tutmaları ehtimalını 14 faiz azaldır.

Aparılan eksperiment zamanı iştirakçılar iki qrupa bölünüb. Alimlərin tapşırığı ilə hər gün az miqdarda pendir yeyən adamlar bir qrupa, öz tərzində qidalananlar isə digər qrupa salınıb. Nəticədə, hər gün 40 qram pendir qəbul edən könüllülərdə tibbi müayinə zamanı orqanizmin damar patologiyalarından daha yaxşı müdafiəsi müşahidə olunub.

Alimlər izah ediblər ki, "pendir" qrupunda olan insanların orqanizmində "müsbət" xolesterinin miqdarı artıb və eyni zamanda, "mənfi" xolesterinin miqdarı azalıb. Bu xüsusiyyəti şərh edən tədqiqatçılar bildiriblər ki, pendirin tərkibi vitaminlərlə, minerallarla və zülallarla zəngindir. Bu, ürək-damar xəstəliklərindən müdafiə olunmağa kömək edir. Pendir, həmçinin maddələr mübadiləsini yaxşılaşdıran yüksək dozalı kalsiumla da zəngindir.

Pendirin orqanizmin damar sisteminə müsbət təsiri barədə oxşar nəticəyə MakMaster Universitetindən olan elmi mütəxəssislər də gəliblər. Onlar dünyanın 21 ölkəsindən yaşı 35-dən 70-dək olan 130 min insanın sağlamlığı və həyat tərzi barədə məlumatları təhlil ediblər. Bu alimlər müəyyən ediblər ki, emal olunmuş süddən yoqurt şəklində hazırlanmış məhsulun hər gün iki porsiya qəbulu ürək-damar xəstəlikləri və erkən ölüm riskinin azalmasına kömək edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol