• $
  • €
  • ₽
  • ₺
  • £

Direktor “dəvət etsək də, gəlmir” dedi - Leyla isə təkzib etdi

Direktor “dəvət etsək də, gəlmir” dedi - Leyla isə təkzib etdi
23.04.2019 13:41
Mərdəkanda yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin direktoru Dilarə Məşədiyeva haqqında səsləndirilən ittihamlarla bağlı ilk dəfə açıqlama yayıb.

"Qafqazinfo” xəbər verir ki, direktor məktəbdəki bir çox problemlərlə bağlı sosial şəbəkədə paylaşım edən kimya müəlliməsi Leyla Ucalı dəfələrlə məktəbə dəvət etsə də, müəllimənin onun müraciətlərinə cavab vermədiyini bildirib:

"Leyla xanım bir neçə dəfə internat məktəbinə dəvət edilsə də, təəssüf ki, bu dəvətləri qəbul etməyib və məsələnin araşdırılmasına heç bir maraq göstərməyib. Əgər müəllimə internatda gördüyü bu və ya digər problemə ictimaiyyətin diqqətini çəkirsə, iddia etdiyi məsələlərin tam araşdırılmasında israrlı olmalıdır. Biz bunu nədənsə görmürük.

Leyla xanım iddia edir ki, məktəbin psixoloqu kişidir. Amma o kişi deyil, qadındır. Psixoloq Vəliyeva Sevinc Oqtay qızı bu məktəbdə məndən daha əvvəl, 2011-ci ildən işləyir. Və ya digər fakt barədə onu deyə bilərəm ki, məktəbin tədris və yataqxana korpusları ayrıdır, şagirdlər saat 18:00-dək tədris korpusunda ev tapşırıqlarını yerinə yetirir və çantaları yataq korpusuna daşımır. Hər bir internat məktəbində olduğu kimi bizim məktəbdə də belədir. İnternatda yalnız I-IX siniflər fəaliyyət göstərir. Məktəbin məzunları buradan ya peşə məktəblərinə, ya da tam orta məktəblərin 10-11-ci siniflərinə oxumağa gedirlər. Məktəbimizin Milli Konservatoriyada oxuyan məzunu da var”. 

Leyla Ucal məsələylə bağlı "Qafqazinfo”ya bildirib ki, direktor tərəfindən ona hər hansı bir müraciət olunmayıb:

"Yalandır, direktor məni məktəbə dəvət etməyib. Bu günə kimi mənə heç bir müraciət olunmayıb. Nazirlik tərəfindən də xüsusi açıqlama verilmir. Prosesi mətbuatdan izləyirəm.

İnanıram ki, ictimai qınaq olduğuna görə ədalətli araşdırılma aparıla bilər”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol