• $
  • €
  • ₽
  • ₺
  • £

DNT analizinin aparılması qaydası müəyyənləşdi

DNT analizinin aparılması qaydası müəyyənləşdi
24.04.2019 19:00
"Dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi Qaydası” təsdiq edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.

Təsdiq edilən qayda "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanuna uyğun şəkildə hazırlanıb. 

Qərara əsasən, ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslərdən, şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərdən, xəbərsiz itkin düşmüşlərin bioloji qohumlarından (bioloji valideynlərdən və ya övladları ilə birlikdə ərdən (arvaddan) və könüllü dövlət genom qeydiyyatından keçirilir.

Naməlum meyitlər də məcburi dövlət genom qeydiyyatından keçirilməlidirlər.

Həmçinin, dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji material qismində şəxslərdən  ağız boşluğunun yanaq nahiyəsinin selikli qişasından qaşıntı üsulu ilə əldə olunan epitel hüceyrələri nümunəsi (yanaq epiteli qaşıntısı) götürülür.

Bioloji material birdəfəlik istifadəyə yararlı, plastik futlyarda qablaşdırılan və bu məqsədlə istehsal edilmiş xüsusi, steril pambıq tampon vasitəsilə hər bir şəxsdən iki ədəd olmaqla götürülür.

Qəbul olunmuş qərar haqqında daha geniş məlumatı buradan əldə edə bilərsiniz.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol