• $
  • €
  • ₽
  • ₺
  • £

Qazın limiti ilə bağlı “Azəriqaz”dan mühüm açıqlama

Qazın limiti ilə bağlı “Azəriqaz”dan mühüm açıqlama
29.05.2020 03:13
Əgər dövlət tərəfindən qazın limitinin iki dəfə artırılması və ya limitin ləğv olunması barədə qərar qəbul edilərsə, "Azəriqaz” bu qərarı icra edəcək.

Anews.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında "Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev son günlər əhaliyə satılan qazın limitinin ləğv edilməsi və ya iki dəfə artırılması ilə bağlı təkliflərə münasibət bildirərkən deyib.

O, Azəriqaz İB-nin icraedici orqan olduğunu bildirib:

"Azərbaycan Respublikası Tarif Şurasının 22 dekabr 2016-cı il tarixli 19 nömrəli qərarına uyğun olaraq, 2017-ci il yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpik tarifi ilə hesablanır.

Qazın limitinin ləğv edilməsi ilə bağlı qərarı da Tarif Şurası verə bilər. "Azəriqaz" icraedici orqandır. Dövlət tərəfindən hansı qərar qəbul olunacaqsa, onun icrası həyata keçiriləcək”.

Qeyd edək ki, bundan əvvəl millət vəkilləri Fazil Mustafa və Qənirə Paşayeva Milli Məclisin iclasında əhaliyə verilən təbii qaz limitinin artırılması təklifi ilə çıxış ediblər. İqtisadçı Vüqar Bayramov isə bildirib ki, mavi qazın qiymətinin aşağı salınması üçün iqtisadi əsaslar var.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol