• $
  • €
  • ₽
  • ₺
  • £

"Niyə insanlar saat 8-ə kimi işləməlidir?" - Fazil Mustafa

"Niyə insanlar saat 8-ə kimi işləməlidir?" - Fazil Mustafa
29.05.2020 00:25
"Bir sıra qurumlarda işçilər 8 saatdan artıq işlədilir. Bəzi şəxslər tabeçilik funksiyasına görə bunu dilə gətirə bilmir. Çünki işlərini itirməkdən qorxurlar”.

Anews.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında bəzi qurumlarda işçilərin iş saatından artıq işlədilməsi məsələsindən danışarkən deyib.

O bildirib ki, bununla bağlı müvafiq qanunvericiliyə dəyişikliklər edilməlidir: "Niyə insanlar saat 8-ə kimi işləməlidir? Axı bunun ailəsi, başqa işləri var. Biz hansısa sənədlə bunu təsdiqləməliyik ki, insanlar iş vaxtından artıq işlədildikdə onlara əlavə ödəniş olunsun. İşçilər səsini çıxarıb bunu deyə bilmir. Məhkəməyə verəndə də məhkəmədə də həmişə rəis qalib olur. Məsələn, Milli Məclisdə bu ənənə yaxşı qoyulub. İşçilər axşam 6-dan sonra evə yola salınır”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli həmkarının fikirlərində haqlı olduğunu dilə gətirib: "Bu məsələdə biz nə etməliyik? Qeyd edim ki, bu münasibərlərin tənzimlənməsi üçün Əmək Müfəttişliyi var. Ona görə də, gələcəkdə bu qurumun belə məsələlərin yoxlanılmasına məsuliyyətinin daha da artırılması ilə bağlı qanunvericiliyə müəyyən dəyişikliklər edə bilərik”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol