• $
  • €
  • ₽
  • ₺
  • £

"Rus dilini bilməyən deputatların parlamentdə nə işi var?" - Azər Həsrət

"Rus dilini bilməyən deputatların parlamentdə nə işi var?" - Azər Həsrət
24.04.2019 17:35
"Mən hər zaman parlamenti tənqid edirəm.Tənqidlərim də səbəbsiz deyil".

Bu sözləri Sonxeber.az-a Mətbuat Şurasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Azər Həsrət deyib.

Azər Həsrətin sözlərinə görə, Azərbaycanın fəal deputatlara ehtiyacı var:

"Allahın rus dilini normal bilməyən adamların parlamentdə nə işi var? Həqiqətən də bu gün parlamentdə elə deputatlar var ki, rus dilində normal danışa bilmirlər. Azərbaycanın fəal deputatlara ehtiyacı var. Bəzi deputatlar sadəcə olaraq, deputat kürsüsünü məşğul edirlər. Ölkə üçün iş görmək əvəzinə, xoşagəlməz xəbərlərlə yadda qalırlar. Deputatın adı Avropa Parlamentində, AŞPA-da, ATƏT-də, Azərbaycan Parlamentinin özündə çıxışlarına, vətəndaşlarla işlədiyinə görə hallanmalıdır. Təəssüflər olsun ki, biz əksəriyyətindən bunu görmürük".

Azər Həsrət deputat Cavanşir Feyziyevin adının hallanması ilə bağlı məqama da toxunub:

"Bu gün Cavanşir Feyziyevlə bağlı mediada yayılan xəbəri gördüm. Heç də xoş olmadı, ancaq o elə insan deyil. Cavanşir Feyziyev deputat olaraq, Azərbaycan üçün çox faydalı işlər görür. Həm də Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür. O deputat olmamışdan öncə iş adamı olub. Ancaq bildiyimə görə hazırda biznes fəaliyyətindən tamamilə uzaqlaşıb. Cavanşir Feyziyev fəaliyyətini biznes üzərində quran deputatlardan deyil".

Qeyd edək ki, "Quska" ləqəbi ilə tanınan keçmiş deputat Hüseyn Abdullayevin cinayət işinin araşdırması zamanı xeyli maraqlı məqamlar ortaya çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, "Avromed" dərman firmasının rəhbəri, deputat Cavanşir Feyziyev bir neçə il əvvəl "Quska"dan dəyəri 10 milyonlarla ölçülən obyekt alıb. İstintaq zamanı müəyyən olunub ki, 2014-cü ildə Hüseyn Abdullayevin mərhum atasının adına olan və Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetr qeyri-yaşayış sahəsini millət vəkili Cavanşir Feyziyev öz oğluna alıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol