• $
  • €
  • ₽
  • ₺
  • £

23 yaşlı qızın dəhşətli intiharı – Atası ona çatsa da, tutub saxlaya bilməyib

23 yaşlı qızın dəhşətli intiharı – Atası ona çatsa da, tutub saxlaya bilməyib
24.04.2019 20:59
Bakının Yasamal rayonunda özünü 7-ci mərtəbədən atan 23 yaşlı qızın cənazəsi ailəsinə təhvil verilib.
BakuPost-un əməkdaşı faciə baş verən ailəyə baş çəkib və bəzi yeni məlumatlar əldə edib.
Bildirildiyi kimi 1996-cı il təvəllüdlü Dadaşova Firuzə Rasim qızı gözəllik salonlarından birində qəbul şöbəsində işləyib. Bir müddət əvvəl salonun kassasından 800 manatlıq əskik aşkarlanıb. Gözəllik salonunun Rəna adlı sahibəsi bu itkiyə görə Firuzə Dadaşovanı günahlandırıb, ondan zərərin ödənilməsini tələb edib.
Rənanın tələbləri aqressiv xarakter daşıyıb, hədə-qorxu və aşağılayıcı hərəkətlərlə müşayiət olunub. Rəna Firuzə Dadaşovaya məxsus qızıl-zinət əşyalarını və mobil telefonunu əlindən alıb, kassadakı əskik məbləğ yerinə qoyulmayınca qaytarmayacağını bildirib. O, tez-tez Firuzə Dadaşovanın Yeni Yasamalda yaşadığı mənzilə gəlir, ailə üzvləri ilə konflikt yaradırmış.
Aprelin 22-də Rənanın növbəti gəlişindən və dava-dalaşından sonra Firuzə özünü yaşadığı evin eyvanından atmaq istəyib. Lakin atası qızının bu cəhdinə mane olub. Qızın psixoloji durumuna və emosional davranışlarına baxmayaraq, Rəna aprelin 23-də yenə onların qapısını döyüb. Həmin axşam Firuzə atasına "Məni bağışla” deyərək, özünü eyvandan atıb. Atası qızına çata bilsə də, onu tutub saxlaya bilməyib. Yerə çırpılan qız dünyasını dəyişib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, Firuzə Dadaşova nişanlanmağa hazırlaşırmış və ailələr arasında razılıq əldə olunubmuş.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol