• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid anası son mənzilə yola salındı - FOTOLAR

Şəhid anası son mənzilə yola salındı - FOTOLAR
25.04.2019 10:52
Ulu öndər Heydər Əliyevin imzaladığı ilk prezident fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş (ölümündən sonra) tibb xidməti baş leytenantı şəhid Gültəkin Əsgərovanın anası pedaqoji elmlər namizədi, "Şəhid anaları” Xeyriyyə Cəmiyyətinin sədri Rəfiqə Əsgərova bu gün hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salınıb.

Bu barədə Anews.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, vida mərasiminə Müdafiə Nazirliyinin rəsmiləri, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, Nərimanov Rayon İcra Hakimiyyətinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri qatılıblar. Mərasimdə əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyinin başsağlığını mərhumun ailəsinə çatdırıb. 
 

Tədbirdə şəhid Milli Qəhrəmanın anası Rəfiqə xanımın ömrünün sonunadək ölkədə vətənpərvərlik işinin təşkilində fəal iştirak etdiyindən, dəfələrlə cəbhə bölgəsində olduğundan, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhunun yüksəldilməsi naminə apardığı məqsədyönlü işlərdən söhbət açılıb. 

Qeyd olunub ki, Rəfiqə xanım həmişə deyərdi: " Oğlum, qardaşım olmasa da, bir qızım vətən uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalsa da Azərbaycan əsgəri kimi yüzlərlə, minlərlə igid oğul tapmışam və onların da çiyinlərində bu dünyadan köçəcəyəm”. 
Şəhid anası son mənzilə yola salındı - FOTOLAR
Şəhid anası son mənzilə yola salındı - FOTOLAR


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol