Azərbaycanda azyaşlı qaynar suda yandı - Vəziyyəti ağırdır

Ehtiyatsızlıq nəticəsində onun üzərinə qaynar su tökülüb.
Sumqayıtda 4 yaşlı uşaq yanıq xəsarəti alıb.
Hadisə şəhərin "Yaşma bağları" yaşayış massivində baş verib.
Bildirilir ki, 2015-ci il təvəllüdlü Baxışova Nəzrin Vüsal qızının ehtiyatsızlıq nəticəsində üzərinə qaynar su tökülüb və o yanıq xəsarətləri alıb.
Dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılan azyaşlıya tibbi yardım göstərilib.
Vəziyyəti orta-ağır olduğundan 4 yaşlı uşaq Bakıya Yanıq Mərkəzinə göndərilib. (ona.az)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























