• $
  • €
  • ₽
  • ₺
  • £

"Rayonlardan gələnlər Bakını pis günə qoyur" - Aktyordan qalmaqallı sözlər

"Rayonlardan gələnlər Bakını pis günə qoyur" - Aktyordan qalmaqallı sözlər
25.04.2019 14:23
"İçərişəhər"də Qala divarlarının bir hissəsinin sökülərək yerində restoran tikilməsi ilə bağlı sosial şəbəkələrdə fotolar yayılıb və ciddi ittihamlar səsləndirilib.

Anews.az milli.az-a istinadən xəbər verir ki, olaya etiraz edənlərdən biri də Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin keçmiş rəhbəri Nəsimi Paşayev olub. Aktiv sosial şəbəkə istifadəçisi kimi tanınan Nəsimi Paşayev etiraz olaraq aşağıdakı statusu hesabından yazıb:

"Qala divarlarının ətrafında obyekt tikən sahibkar!
Belə görünür ki, pulunuz və digər imkanlarınız çoxdur, genişdir. Elə isə tariximizə rəhm eləyin. Obyekti başqa yerdə tikdirin. İnanıram ki, bu imkanla hətta hansısa nazirliyin binasını sökdürüb yerində obyekt tiksəniz kimsə "gözün üstə qaşın var" deməyəcək. Necə ki, hazırda demirlər. Niyə tarixi məhv etməyə cəhd edirsiniz? Lap elə deyək niyə tarixi divarı öz obyektinizin arxasında gizlədirsiniz?

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə"sinin 4-cü " İnşaat-təmir işlərinin aparılması" haqqında bəndində deyilir: Zonanın ərazisində Qoruğun qala divarlarının, dünya və ölkə əhəmiyyətli abidələrin qarşısında yeni bina və tikililərin inşası qadağandır!

Əgər bu cümlələr doğrudursa, onda hüquq-mühafizə orqanları hara baxır?"

Nəsimi Paşayevin statusuna şərh yazanlar arasında özü kimi tanınmışlara da rast gəlinib. Lakin, aktyor Mirqafar Səlimovun yazdığı şərh çoxlarında qıcıq yaradıb.

Aktyorun "26 ildir rayonlardan gələn 4 milyon insanlar Bakını pis günə qoyurlar. 26 ildir bakılılar zülm çəkir" şərhləri narazılıqla qarşılanıb.

Bu da sözügedən şərhlər:
 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol