• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı zəvvarların ilk qrupu yola çıxır

Azərbaycanlı zəvvarların ilk qrupu yola çıxır
22.09.2014 12:00
Zəvvarlardan ibarət ilk təyyarə sentyabrın 23-dən 24-nə keçən gecə, saat 01.40 dəqiqədə Bakıdan ayrılacaq. Qafqaz Müsəlmanları İdarəsindən ANN.Az-a verilən məlumata görə, sentyabrın 23-də ilk olaraq 375 zəvvar yola çıxacaq. Artıq zəvvarların qruplara bölgüsü başa çatıb və hər qrupda 40-42 zəvvar var. Zəvvarlardan ibarət ilk təyyarə sentyabrın 23-dən 24-nə keçən gecə, saat 01.40 dəqiqədə Bakıdan ayrılacaq. Artıq Səudiyyə Ərəbistanında bütün təşkilati məsələlər həll olunub. Məkkə və Mədinə səfərlərində həmişə olduğu kimi, bu il də bina və otellər icarəyə götürülüb, zəvvarların nəqliyyatla, gündə iki dəfə yeməklə, mehmanxana və binalarda 24 saat ərzində isti çayla təminatı məsələləri həll olunub. Gediş mərhələləri 23-28 sentyabr, qayıdış isə 11-15 oktyabr tarixlərinə nəzərdə tutulub. Zəvvarları qrup rəhbərləri və həkim briqadası müşayiət edəcək. 

Qeyd edək ki, ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il də zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Təklif olunan qiymətlər ötənilki qiymətlərlə eynidir. Bu il Azərbaycanda Həcc ziyarətinə 4 minə yaxın zəvvarı getməsi nəzərdə tutulur.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol