• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik çaylarındakı vəziyyəti açıqladı

Nazirlik çaylarındakı vəziyyəti açıqladı
29.05.2020 03:41
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə çaylarındakı mövcud vəziyyəti açıqlayıb. 

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Anews.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 60, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 50-100, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 150-250 faizini təşkil edir.

Aprelin 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 325 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 46 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 275 m3/s olmaqla, ongünlük normadan az olub.

Aprelin 26-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 35 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 159 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 89 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 105 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Aprelin 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 sm azalaraq 608 sm təşkil edib. Bu rəqəm 2018-ci il aprelin 26-da isə 401 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 22 sm artaraq 397 sm qeydə alınıb. 2018-ci il aprelin 26-da isə bu rəqəm 276 sm təşkil edib. Salyanda suyun səviyyəsi 15 sm artıb və 389 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 203 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 9 sm artaraq 309 sm olub və bu göstərici 2018-ci il aprelin 26-da 185 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 sm azalaraq 350 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il aprelin 26-da isə 99 sm təşkil edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol