Azərbaycanda yeni qurum yaradılacaq

Azərbaycanda yeni qurum yaradılacaq.
Bu barədə Milli Məclisin (MM) Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə məlumat verib.
O, Aqrar siyasət komitəsinin aprelin 26-da keçirilən iclasında "Aqrar sığorta haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib ki, belə bir sənəd aqrar sektorda sığorta məsələləri ilə bağlı üzə çıxan problemlərin həlli yönümündə mühüm addım ola bilər və olacaq:
"Bu sənədin qəbulu ilə həm də ölkədə yeni qurum - Aqrar sığorta qurumu yaradılır. Özü də bu təşkilat qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərəcək.
Yəni aqrar sektorda sığorta ilə bağlı bütün məsələlər bu orqan tərəfindən tənzimlənəcək”.
oxu.az
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























