• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlıların müqəddəs yerləri ziyarət qaydaları dəyişir – Bundan sonra…

Azərbaycanlıların müqəddəs yerləri ziyarət qaydaları dəyişir – Bundan sonra…
26.04.2019 14:27
Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərinin təşkili qanunvericiliklə tənzimlənəcək.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, bununla bağlı təkliflər irəli sürülüb: "Təkliflər arasında qiymət, otelə yerləşmə, yaradılan şəraitin formaları məsələsi əksini tapıb. Bilirsiniz ki, Azərbaycan vətəndaşları hər il xarici ölkələrdə müqəddəs yerləri ziyarət etmək üçün gedirlər. Onlar oradan necə qayıdır, əsas məsələ budur… Yəni müxtəlif qruplar bu səfərləri təşkil edir. Təşkilatçılar onları necə aparırlar, ziyarətçilər orada kimlərlə təmasda olurlar, beyinlərinə nə doldururlar, ziyarətdən başqa nə ilə məşğul olurlar? Həmin səfərin iştirakçılarının özləri də bildiriblər ki, orada onlara müxtəlif təkliflər edilib. Burada yalnız müsəlman ziyarətgahlarından söhbət getmir. Tutaq ki, kimsə xarici ölkəyə turistik səfər edirsə, bu, başqa məsələdir. Müqəddəs yerlərə ziyarətə getmə isə tamam başqa məsələdir. Müəyyən problemlər var, bununla əlaqədar addımlar atılacaq. Yəqin ki, yeni qanun qəbul ediləcək. "Turizm haqqında” qanuna da dəyişikliklərin edilməsi nəzərdə tutulur”.

S.Novruzov qeyd edib ki, bu məsələ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və aidiyyəti olan digər dövlət qurumları ilə müzakirə ediləcək. (report)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol