• $
  • €
  • ₽
  • ₺
  • £

"Elə bil ürəyimizə sərin su səpildi" – İtkin düşən şəhidimizin məzarı 26 ildən sonra tapıldı

"Elə bil ürəyimizə sərin su səpildi" – İtkin düşən şəhidimizin məzarı 26 ildən sonra tapıldı
26.04.2019 15:11
Qarabağda erməni işğalçılarına qarşı döyüşlərdə itkin düşdüyü ehtimal edilən daha bir azərbaycanlı hərbçinin məzarı aşkar edilib. 

ARB TV xəbər verir ki, əslən Neftçalanın Xolqarabucaq kəndindən olan İlqar Həsənalı oğlu Nəcəfov 1993-cü ildə cəbhəyə yollanır. 1994-cü ildə ailəsi ondan xəbər ala bilmir. Xidmət etdiyi hərbi hissədən İlqarın itkin düşdüyü xəbəri gəlir. Şəhidin yaxınları 1997-ci ilədək axtarışları davam etdirirlər. Sonradan məlum olur ki, İlqar Nəcəfov 1994-cü ildə yanvarın ayında həlak olan və burada dəfn edilən 37 şəhiddən biridir.

ARB TV-də İmişlinin Şəmmədli qəbiristanlığında dəfn edilən naməlum şəhidlərin olması haqqında yayımlanan süjetdə İlqarın şəklini görən yaxınları onu tanıyıblar.

Cəfər Nəcəfov – Şəhidin qardaşı: "26 illik həsrətə son qoyuruq. Hamısından hallallıq istəyrik. Əziyyət çəkiblər”.

Həsənalı Nəcəfov – Şəhidin atası: "1994-cü ilin yanvarın 10-da şəhid olanlar İmişli qəbiristanlığında dəfn edilib. Oğlum mənə məlumat verdi. Gəldilər, şəkil, sənədlər gətirdilər. Baxdıq ki, uyğunlaşır. Elə bil ürəyimizə sərin su səpildi”.

Samir Səmədov – Sakin: "Naməlum məzarlar vardı. Gəlib ziyarət edirdik”.

Şəhidin nəşi Azərbaycan bayrağına bükülərək anadan olduğu kəndə aparılıb. Bugünədək Şəmmədli qəbristanlıqda dəfn edilən 37 naməlum şəhidin 27-sinin kimliyi aşkar edilərək aidiyyatı üzrə təhvil verilib. 10 şəhidin kimliyi isə hələ də naməlum olaraq qalır.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol