• $
  • €
  • ₽
  • ₺
  • £

12 min manatlıq oğurluq: Daha nələrin üstü açıldı...

12 min manatlıq oğurluq: Daha nələrin üstü açıldı...
26.04.2019 18:20
Fevralın 8-də İmişli rayonu Məzrəli kənd sakini Surət Şahbazlı RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən ümumi dəyəri 12 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib. 
 
 

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, məlumatla əlaqədar İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakinləri, əvvəllər məhkum olunmuş Azər Əliyev və İsmayıl İsmayılzadə saxlanılıb.
 
 
Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər və oğurlanan qızıl-zinət əşyalarının müəyyən bir qismi maddi sübut kimi götürülüb. 
 
Ətraflarında aparılan araşdırmalar nəticəsində A.Əliyevin və İ.İsmayılzadənin digər cinayətlərdə də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxslər müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 12 baş xırdabuynuzlu heyvan və avtomobildən 400 manat pul oğurladıqları məlum olub.
 
Faktlarla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol