• $
  • €
  • ₽
  • ₺
  • £

İtkin düşən 15 yaşlı qız tapıldı - Onu zorlayan ögey atasından qaçıbmış

İtkin düşən 15 yaşlı qız tapıldı - Onu zorlayan ögey atasından qaçıbmış
27.04.2019 16:12

Aprelin 18-də itkin düşmüş 15 yaşlı Ramana qəsəbə sakini tapılıb.

BAKU.WS  xəbər verir ki, bu barədə Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Yeniyetmənin itkin düşməsi barədə xəbər aprelin 25-də sosial şəbəkələrdə yayılmışdı.

Yeniyetmə qız (etik məsələlərə görə, adı açıqlanmır) evi tərk edib və bir həftəyə yaxın ondan xəbər-ətər olmayıb.  Aprelin 25-də əməliyyatçılar uşağı taparaq, onunla bağlı acı həqiqətləri öyrənib.

Məlum olub ki, qız 11 yaşından atalığı tərəfindən sistematik şəkildə cinsi zorakılığa məruz qalıb.  Qız daha bu rəzalətə dözə bilmədiyindən evi tərk etmək qərarına gəlib.



12-ci polis bölməsinin əməkdaşları həmin şəxsi saxlayaraq ona qarşı Cinayət Məcəlləsinin 150.3.3 (seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi üzrə cinayət işi açıb.

Qanuna əsasən, bu cinayəti törətmiş şəxsin təqsiri sübuta yetirildikdə, ona 8 ildən 15 ilə qədər həbs cəzası verilir.

Yeniyetmə anasından və qohumlarından gizlənib, belə ki, onu sistematik şəkildə zorlayan şəxslə bir evdə qala bilməyib. Qeyd edək ki, saxlanılan şəxs tikinti sahəsində çalışıb.

"Baş verən hadisədə ilk növbədə ananın günahı var. O öz uşaqlarının təhlükəsizliyi üçün lazımi tədbirlər görməyib. Onun baş verənlərdən xəbərsiz olduğuna əmin deyilik”, - deyə polisdən bildiriblər.

Hazırda fakt üzrə araşdırma aparılır. Uşağa psixoloji yardım göstəriləcək.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol