• $
  • €
  • ₽
  • ₺
  • £

Canavarlar kəndə hücum çəkdilər

Canavarlar kəndə hücum çəkdilər
21.09.2014 14:00

Son vaxtlar vəhşi heyvanların kəndlərə soxulması faktlarına tez-tez rast gəlinir. Növbəti belə hücum İsmayıllının Gülyan-Müdri yaylağında qeydə alınıb. 

Hadisə ötən gün səhər saatlarında baş verib. Xeyli canavar Paşayev Alxan Dədəxan oğluna məxsus 1500 qoyunun olduğu sürüyə hücum çəkib. Ərazidə olan 6 çobanın hadisəyə müdaxilə etməsinə baxmayaraq canavarları sürüdən ayırmaq mümkün olmayıb. 

Hadisə yerinə kənd camaatı axın edərək çobanlara kömək ediblər. Edilən bütün cəhdlərə baxmayaraq azğınlaşmış canavarlar xeyli qoyunu parçalayıb. Qoyunlardan 50-si ölüb, 55-i isə xəsarət alıb, 30-a yaxın qoyun isə yoxa çıxıb. Hadisə baş verən ərazidən yeddi baş iribuynuzlu heyvan da ürkərək qaçıb. 

Hazırda heyvanların axtarışı davam edir. Artıq rayon rəhbərliyi və baytarlıq idarəsi məsələ ilə bağlı məlumatlandırılıb. İsmayıllı rayon İcra Hakimiyyəti rayon Baytarlıq İdarəsi ilə birlikdə yırtıcılara qarşı profilaktik tədbirlər görməyə başlayıb. 

Qeyd edək ki, son vaxtlar bu ərazilərdə belə hallar tez-tez baş verir.

Lent.az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol