Nazirlikdən səhv qanköçürmədən öldüyü deyilən uşaqla bağlı - Açıqlama

Səhiyyə Nazirliyi yanlış qanköçürmə nəticəsində öldüyü bildirilən 3 aylıq körpə Mədinə Orxan qızı Əsgərzadə ilə bağlı yayılan məlumatlara münasibət bildirib. "Qafqazinfo” xəbər verir ki, nazirlik Respublika Uşaq Klinik Xəstəxanasına daxil olan uşaqla bağlı yayılan məlumatın araşdırıldığını bəyan edib və xəstəxanadan verilən açıqlamanı təqdim edib. Açıqlamada deyilir:
"Əsgərzadə Mədinə Orxan qızı 28.03.2019 ci il tarixdə saat 14.10 da Respublika Uşaq Klinik Xəstəxanasına valideynləri tərəfindən gətirilib, aparılan müayinədən sonra vəziyyətinin ağırılığı ilə əlaqədar təcili anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Daxil olarkən vəziyyəti həddindən artıq ağır olub. Ağırlığı anemik sindromla, nevroloji simptomatika ilə əlaqədardır.
Xəstə daxil olarkən Hb səviyyəsi çox aşağı (60ql) olduğuna görə təcili qan köçürülməsi həyati göstəriş idi. Valideyn heç bir sənəd təqdim etmədən , şifahi olaraq bildirdi ki, doğum evində qan qrupunun A(II)Rh olduğunu demişdilər.
Buna əsaslanaraq, həkim laborant tərəfindən qan qrupu 3 dəfə yoxlanaraq, 0(I)Rh+ təstiq olundu. Bioloji sınaqlar aparıldıqdan xəstəyə qan köçürüldü. 4dəfə yuyulmuş eritrosit kütləsi köçürülməsinə baxmayaraq, Hb –nin səviyyəsi qalxmırdı. Buda uşağın əsas xəstəliyi ilə əlaqədardır. Tibbi protokolara və elmi ədəbiyyatlara əsaslanaraq, I qrup universal qan olduğu üçün bütün qruplara köçürülə bilər.
Xatırladaq ki, mətbuatda yaxınlarına istinadən körpəyə qan köçürüləndən sonra vəziyyətinin pisləşdiyi, buna görə də, İrana aparıldığı, Təbriz şəhərindəki klinikaların birində 11 gün komada qalandan sonra öldüyü ilə bağlı məlumatlar yayılıb. İranlı həkimlər bildiriblər ki, uşağın qan qrupu A(II) Rh (+) olduğu halda birinci I qrup qan köçürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























