• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsinin sədri İsmayıllıda vətəndaşları qəbul edib

Dövlət Komitəsinin sədri İsmayıllıda vətəndaşları qəbul edib
29.05.2020 12:23
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev aprelin 29-da İsmayıllı rayonunda vətəndaşları qəbul edib.

Qəbulda İsmayıllı, Ağdaş, Ağsu və Kürdəmir rayonlarında yaşayan vətəndaşlar iştirak ediblər. Müraciət edənlərin əksəriyyəti həmin ərazilərdə məcburi köçkün kimi məskunlaşan şəxslər olub. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, status, kommunal xidmətlər, vahid aylıq müavinətin təyin edilməsi və digər məsələlərlə bağlı olub.

Məcburi köçkünlərə xatırladılıb ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşların sosial problemlərinin həllinə böyük diqqət və qayğı göstərir. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər görülür, onlar üçün paytaxtda və bölgələrdə hər cür infrastrukturu olan yaşayış komplekslərinin inşası davam etdirilir. 

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə, ilk növbədə, yeni evlərə və mənzillərə hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələr köçürülür. Köçürülmə prosesinin ədalətli və şəffaf şəkildə aparılmasına ölkə rəhbərliyi tərəfindən ciddi nəzarət təmin olunur.
Qəbulda iştirak edən vətəndaşların müraciətlərinin bir qismi yerində həll edilib.
Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol