• $
  • €
  • ₽
  • ₺
  • £

“Lotu Quli”nin yaxın adamının arvadının 77500 manatlıq qızıllarını aldılar

“Lotu Quli”nin yaxın adamının arvadının 77500 manatlıq qızıllarını aldılar
29.04.2019 15:46
Ötən il Tiflisidə qətlə yetirilən kriminal avtoritet Elçin Məmmədovun (Əmircanski) həyat yoldaşı məhkəməyə müraciət edib.  Əmircanski  "Lotu Quli” kimi tanınan Nadir Səlifovun "sağ əli” hesab olunurdu. 

Lent.az-ın məlumatına görə, mərhum kriminal avtoritetin həyat yoldaşı Ülkər Rzayeva iddia ərizəsində qeyd edib ki, əri dünyasını dəyişdikdən sonra qaynanası Qəribə Məmmədova ilə münasibətləri pisləşib. Onun sözlərinə görə, bu səbəbdən 4  azyaşlı övladı ilə birgə qaynanasıyla yaşadıqları Əmircan qəsəbəsindəki evlərindən çıxmalı olub. Lakin Qəribə Məmmədova ona məxsus ümumilikdə 77500 manat  dəyərində olan qızılları, sənədləri və digər əşyaları götürməyə qoymayıb.

İddiaçı ərizəsində həmçinin 4 azyaşlı uşaqla birlikdə yaşamaq üçün  mənzillərinin olmadığını və Bakı şəhərində kirayə qaldıqlarını qeyd edib.

Ülkər Rzayeva keçmiş qaynanası Qəribə Məmmədovanı məhkəməyə verərək, özünün və 4 azyaşlı övladının Əmircan qəsəbəsində yerləşən mənzildə istifadə hüquqlarının tanınması, ona məxsus 77500 manatlıq qızıl-zinət əşyalarının, özünə və övladlarına sənədlərinin, həmçinin geyim əşyalarının qaytarılmasını tələb edir. 
 
İddia ərizəsi Suraxanı rayon Məhkəməsinə təqdim olunaraq baxışa götürülüb.  Hakim Səlimə Miriyevanın icraatında olan işin hazırlıq iclası keçirilib.  
 
Məhkəmə prosesi mayın 6-da davam edəcək. 
 
Qeyd edək ki, Elçin Əmircanski 2016-cı ildə Tiflisidə restorandan çıxarkən avtomobildə güllələnib. 
 
O, "Lotu Quli” ən  yaxın adamlarından olub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol