• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə məmur əməkdaşları söydü, araşdırma başladı (VİDEO)

Gəncədə məmur əməkdaşları söydü, araşdırma başladı (VİDEO)
29.04.2019 19:23
Gəncədə Avtonəqliyyat və Sərnişindaşıma idarəsinin rəis müavini Hikmət Əmiraslanovun iclasda kollektivi ağır söyüşlərlə təhqir etməsi barədə daxil olan şikayət əsasında araşdırma başlayıb.


Bu sözləri Axar.az-a açıqlamasında Gəncə İcra Hakimiyyətinin nümayəndəsi Ruslan Paşayev deyib. O bildirib ki, Hikmət Əmiraslanov bu vəzifəyə bir neçə gündür ki, təyin olunub:


"Hikmət Əmiraslanovla bağlı hazırda araşdırma başlayıb. Ola bilər ki, bu, qərəzli mövqedir. Bu səbəbdən iddianın araşdırılması lazımdır. Şikayət bir şəxsindir. İşçilərin etiraz olaraq işə çıxmaması yalan məlumatdır, hazırda iş başındadırlar. Hikmət Əmiraslanov 3-4 gündür ki, bu vəzifədə çalışır və buna qədər onun haqqında bizə şikayət daxil olmayıb”.


Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında yeni yaradılan Avtonəqliyyat və Sərnişindaşıma idarəsinin bir qrup əməkdaşı Avropa.info-ya şikayət ərizəsi göndərib.


Şikayətçilər 26.04.2019-cu il tarixdə idarənin rəis müavini Hikmət Əmiraslanovun iclasda kollektivi ağır söyüşlərlə təhqir etdiyini bildiriblər.


"Əsas problem odur ki, sözügedən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Gəncə sərnişindaşımada özünə böyük korrupsiya şəbəkəsi yaradıb. Gecəmizi gündüzümüzə qataraq, şəhər sərnişindaşıma yükünü çiynimizdə biz daşısaq da, hər bir subyekti rəis müavini öz gəlir mənbəyinə cevirib", - kolletiv üzvləri öz müraciətlərində bildiriblər.


"Hikmət Əmiraslanov iclas günü hətta idarədə işləyən xanımlara da hörmətsizlik edərək, sözlə ifadə olunmayan təhqiramiz söyüşlər söyərək, hüquq şöbəsinin müdirinin otağında stol-stulu vurub dağıtdı. Sözügedən məmur bizimlə "burada mənəm, Bağdada kor xəlifə” kimi davranır. Bizim kollektiv rəis müavini Hikmət Əmiraslanova etiraz əlaməti olaraq işə çıxmırıq. Kollektiv bildirir ki, yalnız Gəncənin icra başçısı Niyazi Bayramov bizi bu şəxsdən xilas edə bilər, - deyə şikayətçilər qeyd ediblər.


Sayt qarşı tərəfin mövqeyini öyrənə bilməyib.
 
 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol