• $
  • €
  • ₽
  • ₺
  • £

“Adəm babamız ilk insandır deyib, tarix fənnində Paleolit dövründən danışacaqlar?”

“Adəm babamız ilk insandır deyib, tarix fənnində Paleolit dövründən danışacaqlar?”
29.05.2020 04:23
Ali təhsil ocaqlarında, eləcə də orta məktəblərdə dini dərslərin tədris edilməsi məsələsi sosil şəbəkələrdə və Kütləvi İnformasiya vasitələrində ciddi müzakirəyə səbəb olub.

Məsələyə aydınlıq gətirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bildirib ki, sentyabr ayından etibarən ali təhsil ocaqlarında "Multikulturalizmə giriş” əsas fənn kimi tədris olunacaqdır. Əslində bu fənn 2015-ci ildən ali məktəblərdə seçmə fənn kimi tədris edilirdi. Lakin indi bu fənnlə bağlı ciddi dəyişikliklər baş verəcək. Eyni zamanda orta təhsil müəssisələrində isə hazırda "Həyat bilgisi” fənninin proqramında dinlər haqqında məlumatların genişləndirilməsi məqsədilə işlər görüləcəkdir.

Müzakirələrə qoşulan ilahiyyatçı Elşad Miri isə kulis.az-a açıqlamasında bildirib ki, dinlər haqqında dərslər keçiriləcəksə, Ateizm, Deizm, Aqnostizm və digər cərəyanlar barədə də məlumatlar tədris edilməlidir.

Bizimyol.info-ya danışan təhsil eksperti Kamran Əsədov isə bildirib ki, 124 min peyğəmbər bir şeytanla bacarmayıbsa dini bilgilərin tədrisi də öz ana dilindən 2 alan şagirdlərə nəsə qazandırmayacaq:

"İlk növbədə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının nə rəsmi dini, nə də rəsmi təriqəti var. Amma dövlət vətəndaşlarının vicdan azadlığını təmin etdiyi üçün hər kəsin seçiminə hörmətlə yanaşır. Birmənalı şəkildə bəyan edirəm ki, hansısa təriqət və ya təriqət mənsubları dövlət üçün problem yaradacaq gücdə deyil. Çünki dövlət Azərbaycan xalqının iradəsini ifadə edir və heç bir qüvvə bu iradəyə qarşı çıxa bilməz.

Amma orta məktəblərdə dini dərslərin keçirilməsi yaşanan problemləri həll etməyəcək.

Allah 124 000 peyğəmbər göndərib ki, insanları düz yola gətirsin. Amma onlar bir şeytanla bacarmayıb, bizim öz ana dilindən 2 qiymət alan şagirdlər nəsə edəcək?

Düzdür, Avropada və ABŞ-da müxtəlif uşaq bağçaları da daxil, tədris müəssisələrində olmuşuq. Kiçik yaşından öz vətəndaşlarına dinini öyrədir bu məktəblər. Bibliya açıq şəkildə tədris olunur. Amma bu ölkələrə az qala tapırıq. ABŞ-ın pul vahidi, dünyaya liderlik edən dolların üstündə Bismillah kəlməsinə yaxın In God We Trust yazılıb. Dollarlarınıza baxın, görəcəksiniz. Heç kim bunu ABŞ-a əsla irad tutmur. Amma İslam lideri ölkəsində dini üçün şərait yaradanda xurafat, cəhalət və s. olur.

Biz yarımçıq müsəlmanlarıq. Bizə kafir desələr, məhkəməyə belə verərik ki, məni təhqir etdi. Amma İslam dininin heç bir şərtinə əməl etmirik, sonra da özümüzü müsəlman adlandırıb, Ramazanda oruc tutanlarla bərabər sonda bayram etməyə utanmırıq”.

Həmçinin Kamran Əsədov əlavə edib ki, bu dərslər dinlə elm arasında ciddi ziddiyyət yaradacaq:

"Din ilə elm arasında ziddiyyət də yaradacaq bu dərs.

Orta məktəb uşağına dini dərsdə "Adəm babamız ilk insandı və uşaqları Habil və Qabil çoban olub deyib” sonra tarix fənnində necə Paleolit dövründən danışacaqsınız? Axı uşaqları çoban olmuş bir şəxs mütləq ki, Mezolit dövründə yaşamışdır.

Bütün canlılar eyni anda yaranıb dedikdən sonra, biologiya dərsində canlıların geoxronoloji tarixləndirməsin necə izah edəcəksiniz? Axı Trias dövründə var olan bir canlı,Yura, Təbaşir dövründə yox idi.

İnsan xüsusi olaraq yaradılıb dedikdən sonra bioloji təsnifatlandırmanı necə izah edəcəksiniz? Necə deyəcəksiniz ki, insan da bir heyvan növüdü, digər primatlar kimi təkamül keçrimişdir. Bu necə izah ediləck, maraqlıdı.
Dinlər haqqında həyat bilgisi fənni də kifayət qədər məlumat var.Yaxşı olardı repuroduktiv sağlamlıqla bağlı fənn tədris olunsun.Ayrıca məntiq fənninin tədrisidə vacibdir.Hər yerdə məntiqdən imtahan verməli oluruq.Məktəb dövründən şagirdləri mətiqi düşünməyə öyrətsək gələcəkdə onlar üçün çətinlik yaratmaz müxtəlif vəziyyətlərdən çıxış yolunu tapmaq”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol