Tovuzda çoban fermada göbələk yeyib öldü

Tovuz rayon sakini göbələkdən zəhərlənib.
Anews.az Trend-ə istinadən xəbər verir ki, hadisə Tovuz rayonunun Əlmərdanlı kəndində baş verib.
Rayonun Qədirli kənd sakini, 1965-ci il təvəllüdlü Hüseynov Yusif Məhəmməd oğlu Əlmərdanlı kəndində fermanın otlaq sahəsindən yabanı halda bitmiş göbələyi yığıb həmin fermanın həyətində yaşadığı 1 otaqlı evdə odun sobasının üstündə bişirərək yeyib.
Y. Hüseynov göbələyi yeyəndən bir neçə saat sonra mədəsində şiddətli ağrılar olduğunu bildirib və qəfil ölüb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























