Milli Qəhrəmanın adını daşıyan gəmi Azərbaycanda

Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan yük gəmisi Azərbaycana gəlib.ANS TV-nin məlumatına görə, 2011-ci ildə “Palmali” şirkətinin Türkiyədə hazırlardığı yük gəmisi Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyır. Gəmi 9000 tona qədər neft və yanacaq daşıma qabiliyyətinə malikdir. Mübariz İbrahimovun adını daşıyan tankerdə bir guşə elə Milli Qəhrəmanımıza həsr olunub. Gəminin kapitanı Vitali Şevçenko deyir ki, gəmi hansı ölkəyə daxil olursa, ilk növbədə onun adı ilə maraqlanırlar, biz də onun qəhrəmanlığından danışırıq.Gəminin Türkiyədə suya salınma mərasimində iştirak etmiş Milli Qəhrəmanın atası Ağakərim İbrahimov tankeri qarşılamaq üçün Bakıya gəlib."Təbii ki, mən qürur duyuram. Mən Türkiyədə olanda bildirmişdim ki, bir vaxtlar Mübariz İbrahimov torpağın üzərində gəzirdi, indi isə o dənizdə üzür". Milli qəhrəmanımızın adının həkk olunduğu gəmi Azərbaycandan Maltaya yollanacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























