• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artisti məhkəmədə dindirildi: Deputatın 4 milyonluq əmlakı niyə onun adına keçirilib…

Xalq artisti məhkəmədə dindirildi: Deputatın 4 milyonluq əmlakı niyə onun adına keçirilib…
30.04.2019 16:07
Xalq artisti, müğənni Gülyaz Məmmədova Bakı Hərbi Məhkəməsində dindirilib. O, ötən ilin aprelində Türkiyədə tutularaq Azərbaycana təhvil verilən keçmiş deputat, "Quska” ləqəbilə tanınan Hüseyn Abdullayevin məhkəməsində şahid kimi ifadə verib.

Bizimyol.info xəbər verir ki, Üzeyir Hacıbəyov küçəsində – Hökumət evinin arxasında yerləşən və H.Abdullayevin atasının adına olan 786 kvadrat metrlik obyekt əvvəlcə üç nəfərin adına alınıb. Daha sonra deputat Cavanşir Feyziyevin oğlu Orxan Feyziyevin mülkiyyətinə keçirilib. Həmin üç nəfərdən biri də müğənni Gülyaz Məmmədova olub.


Məhkəmədə şahid qismində dindirilən G.Məmmədova deyib ki, deputat Feyziyevlə qohumdular. Xalq artisti deputatla konkret hansı formada qohum olduqlarını deməyib. Amma bildirib ki, əmlakın onun adına alınması C.Feyziyevin istəyi olub, o da etiraz etməyib.

Sözügedən əmlaka gəlincə, G.Məmmədova deyir ki, heç onun harada yerləşdiyini bilmir. Yəni onun adına olan alqı-satqı formal olub.

H.Abdullayevin anası Zeynəb Abdullayeva məhkəmədə deyib ki, Hökumət evinin arxasında yerləşən obyekt 4 milyon manata satılıb.



G.Məmmədova "Qafqazinfo”ya açıqlamasında isə deputat Cavanşir Feyziyevin əmisi oğlu olduğunu bildirmişdi.

C.Feyziyev dərman və başqa əczaçılıq vasitələrinin satışı, təminatı ilə məşğul olan "Avromed” şirkətinin təsisçisi olub, şirkəti də özü idarə edib. Özünün bildirdiyinə görə, 2015-ci ildə təsisçilikdən və səhmlərindən imtina edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol