• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda şagirdə qarşı əxlaqsız hərəkət edən məktəb direktorundan xəbər var

Azərbaycanda şagirdə qarşı əxlaqsız hərəkət edən məktəb direktorundan xəbər var
30.04.2019 16:51
2017-ci ilin oktyabrında Xaçmaz rayonunda şagirdinə qarşı əxlaqsız hərəkətlər etməsi məlum olan və həbs edilən rayonun Arzu kənd məktəbinin 
direktoru Gülfərz Alxasovun Ali Məhkəmədə keçiriləcək məhkəmə baxış iclasının vaxtı məlum olub.

News24.az-ın məlumatına görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə baxış iclası iyul ayının 2-nə təyin edilib. 
İttihama görə, 22 fevral 1955-ci ildə Xaçmaz rayonu Suxtəkələ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Xaçmaz rayonu Arzu qəsəbə tam orta məktəbinini direktoru vəzifəsində işləmiş, məhkumluğu olmayan Gülfərz Alxasov barəsində  01 noyabr 2017-ci il tarixdən həbs qərarı çıxarılıb.

Həmin vaxt o, vəzifədən də kənarlaşdırılıb. Alxasov Gülfərz Məstan oğlu Azərbaycan Respublikası CM-nin 153.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə təhsil və tərbiyə müəssisələrində hər hansı vəzifə tutma və pedoqoci fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

İstintaq zamanı məlum olub ki, Alxasov Gülfərz Məstan oğlu Xaçmaz rayonu Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən öz cinsi ehtirasını təmin etmək məqsədi ilə 20 sentyabr 2017-ci il tarixdən 30 oktyabr 2017-ci il tarixədək olan müddət ərzində bir neçə dəfə olmaqla həmin məktəbin 6-cı sinif şagirdi, azyaşlı 17.08.2006-cı il təvəllüdlü Məmmədova Floranı (şərti ad-soyadlı) öz iş otağında tək olan vaxt həmin otağa dəvət etməklə, zor tətbiq etmədən onun dodaq və boyun nahiyələrindən öpərək, əli ilə sinə və arxa yan nahiyələrini sığallamaqla sonuncuya qarşı əxlaqsız hərəkətlər edib. 

1996-cı ildən həmin məktəbə rəhbərlik edən Gülfərz Alxasov bildirib ki, qızın bədənində heç bir göyərti və sair xəsarətlər yoxdur və ona böhtan atılıb. Lakin məhkəmə direktorun sözlərini özünümüdafiə kimi qiymətləndirib və Xaçmaz rayon Məhkəməsinin verdiyi 3 il yarımlıq həbs qərarı Sumqayıt Apelyasiya Məhkəməsində də dəyişdirilməyib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol