• $
  • €
  • ₽
  • ₺
  • £

İmsak və iftarda mütləq bunlara fikir verin - İdeal oruc tutmağın incə məqamları

İmsak və iftarda mütləq bunlara fikir verin - İdeal oruc tutmağın incə məqamları
01.05.2019 09:10
Xəbər verdiyimiz kimi mayın 6-da müqəddəs Ramazan ayı başlayır.

Müsəlmanlar bu ay ərzində İslam dininin 5 vacib ibadət əməlindən biri olan orcu tutacaqlar.

Gün ərzində saatlarla ac qalmaq üçün orqanizmin enerjiyə və müqavimətə lehtiyacı olacaq. Ramazan ayı ərzində sağlam və enerjili qala bilmək üçünsə düzgün qidalanmağa xüsusi diqqət yetirmək lazımdır.

Mütəxəssislər Ramazan ayında imsak və iftar öyünlərində qida qəbul etməyin qaydasını açıqlayıblar.

Öncəliklə, oruc tutarkən karbohidrat tərkibli qidalardan uzaq durmaq lazımdır. Belə qidalar qanda şəkərin miqdarını sürətlə qaldırıb endirir. Beləliklə, insan daha çox aclıq hiss edir.

İmsak

İmsakda yumurta və pendir kimi proteinlə zəngin qidalar, həmçinin, zeytun və zeytun yağlı mövsümi salatlar yeyərək gün ərzində yaranacaq aclıq hissinin öhdəsindən daha yaxşı gəlmək olar. Bu öyündə karbohidrat, qluten və şəkərdən uzaq durmaq vacibdir. Özəlliklə, diabet və revmatizmi olan insanlar bu növ məhsullardan imtina etməlidir.

İftar

Orucu açdıqdan sonra isə boş mədəni sürətlə doldurmaq yerinə, yeməyə şorba və salatla başlamaq daha sağlam seçimdir. Xüsusilə, ət suyunda bişirilmiş tərəvəz və ya mərci şorbası bu yerdə köməyinizə çatacaq. Qan şəkərinin anidən yüksəlməməsi üçün orucu açıb şorbanı içdikdən 20 dəqiqə sonra ana yeməyə keçin. Beləliklə, ürək-damar problemlərindən uzaq qala bilərsiniz.

Susuzluq

Oruc tutmaq bir çox insanda qəbzlik kimi bağırsaq problemi yarada bilər. Həzmsizlik probleminin öhdəsindən gəlmək üçün yaşıl çay və müxtəlif otlardan dəmlənmiş çaylardan istifadə etmək olar. Çay içmək daha çox susamağa səbəb olur. Çünki orqanizmdə suyun depolanmasının qarşısını alır. Əgər iştahınız çay çəkirsə, bu zaman yanında bir fincan su da için.

Bütün gün susuz qaldığınız üçün imsak və iftarda bol su içmək doğru deyil. Bu, mədəni yükləməkdən başqa bir işə yaramaz. Susuzluğun öhdəsindən gəlmək üçün iftardan sonra hər yarım saatdan bir bir fincan su içmək lazımdır.

Şərbətli şirniyyatlardan uzaq durun. Şirni ehtiyacınızı təzə və ya quru meyvələrlə qarşılaya bilərsiniz.

publika.az

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol