• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu şəxsləri öldürmək cinayət sayılmayacaq? – Hüquqşünas danışır

Azərbaycanda bu şəxsləri öldürmək cinayət sayılmayacaq? – Hüquqşünas danışır
29.05.2020 04:45
Rusiya parlamentində qalmaqallı qanun layihəsi təsdiq edilib.

Bundan sonra cinsi təcavüzə məruz qalan qadınlar onlara hücum edənləri öldürsə, cinayət hesab olunmayacaq. Qanuna əsasən, zorakılığa məruz qalan qadınların həmin şəxsləri öldürməsi özünümüdafiə hesab olunacaq.

Bəs Azərbaycanda belə bir qanunun qəbul olunması nə dərəcədə realdır?

Hüquqşünas Səməd Vəkilov bildirir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu məsələ öz əksini tapıb:

"Rusiyada bu, ayrıca qanun kimi qəbul olunub. Bizim Cinayət Məcəlləsində isə bu qanun zəruri müdafiə həddini aşmaq formasında əks olunub. Lakin bunun şərtləri başqadır. Özünümüdafiə real olmalıdır. Əgər kişi qadına əlində bıçaqla xəsarət yetirir və qadın da ona bıçaqla cavab reaksiyası verirsə, bu, özünümüdafiə hesab olunur. Lakin kişi şillə ilə xəsarət yetirir və qadın ona bıçaqla qarşılıq verirsə, bu artıq cinayət hesab olunur. Özünümüdafiə ilə bağlı cinayət məsuliyyəti deyil, inzibati məsuliyyət nəzərdə tutulub. Hesab edirəm ki, məişət zorakılığı kontekstində ayrıca qanun kimi qəbul etmək sui-istifadə hallarına gətirib çıxaracaq. Bu qanunun Azərbaycanda qəbul olunması yaxşı nəticələr doğurmaz. Belə qanun İslam ölkəsinə zərər vurar”. (publika.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol