• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir şagirdin ölümünə görə məktəb direktorunu işdən çıxardı

Nazir şagirdin ölümünə görə məktəb direktorunu işdən çıxardı
01.05.2019 11:42
Bakıda şagirdin ölümünə görə məktəb direktoru işdən çıxarılıb, müavininə isə şiddətli töhmət verilib.

Təhsil Nazirliyindən "Report"a bildirilib ki, nazirliyin xüsusi komissiyası tərəfindən aparılmış daxili araşdırmanın nəticəsi olaraq əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə funksiyalarını lazımi səviyyədə icra etmədiyinə görə təhsil naziri Ceyhun Bayramovun əmri ilə Bakı şəhəri 123 nömrəli tam orta məktəbin direktoru Vəli Hüseynli tutduğu vəzifədən azad edilib, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Cəlilovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Xatırladaq ki, bu il fevralın 21-də, təxminən, saat 12:00 radələrində 123 saylı orta məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğluna sinif yoldaşları xəsarət yetirib. Şagird qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Martın 15-də şagird vəfat edib.

Hadisə ilə bağlı məktəbin 2 şagirdi şübhəli qismində nəzarətə götürülüb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol