Bu gündən qazın qiyməti yeni tariflə hesablanacaq

Azərbaycanda təbii qazdan istifadəyə görə tətbiq ediləcək yeni tarif bu gündən qüvvəyə minir.
Mayın 1-dən başlayaraq ölkə üzrə təbii qazın illik istifadə limiti 1700-dən 2200 kubmetrədək artırılıb.
Tarif Şurasının qərarına əsasən, ilin əvvəlindən 1700 kubmetrlik qaz limitini keçənlərin hesabları sıfırlanacaq. Əlavə olaraq, 300 min abonent (1,2 milyondan çox vətəndaş) yeni güzəştlərdən istifadə edəcək. Ümumilikdə isə, əhalinin 85 faizi güzəştli tariflərdən yararlanacaq.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı əhali qrupu üzrə təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrə artırılıb. (azvision.az)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























