• $
  • €
  • ₽
  • ₺
  • £

Bu "plonka"ların 150 manat cəriməsi var - DYP-dən sürücülərə xəbərdarlıq

Bu "plonka"ların 150 manat cəriməsi var - DYP-dən sürücülərə xəbərdarlıq
29.05.2020 04:02
Bu gündən etibarən avtomobillərin arxa qapılarındakı şüşələrə yalnız sənaye üsulu ilə hazırlanan jalüz və pərdələrin vurulmasına icazə verilir.

Anews.az xəbər verir ki, bu barədə Lent.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, yüngül minik nəqliyyat vasitələrində kütləvi görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pəncərələrin, "plonka"ların istifadə edilməsi müvafiq xəta hərəkəti yaradır:

"İsti hava şəraiti ilə əlaqədar konkret standartlaşma tətbiq edilir. Bu standart mayın 1-dən noyabrın ayının 15-ə qədər yüngül minikli nəqliyyat vasitələrinin arxa və qapı şüşələrinə jalüz və "ştor"lar vurula bilər. Lakin, avtomobillərin güzgülərinə buqələmun rəngdə şüşələrin vurulması inzibati xəta tərkibi yaradır. Eyni zaman da qapıların şüşələrinə hər hansı formada və ölçüdə işıq buraxmayan "plonka"ların vurulması inzibati xəta hesab olunacaq. Yalnız və yalnız sənaye üsulu ilə hazırlanmış, əhali arasında "ştor" kimi tanınan qara rəngli, dairəvi dəlikləri olan və plastmas olan materiallar olmalıdır. Sürücülər bunları mütləq nəzərə almalıdır".

Vaqif Əsədov onu da qeyd edib ki, tələbləri pozan sürücülər 150 manat cərimə olunacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol