• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qətl törədən bağban ələ keçdi: 70 yaşlı arvadıma...

Bakıda qətl törədən bağban ələ keçdi: 70 yaşlı arvadıma...
01.05.2019 19:14
Bakıda qətl törətdikdən sonra polisə zəng edərək, narahat olmamalarını, yaxın zamanda özünü təslim edəcəyini bildirən şəxs keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayon Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu haqda Oxu.Az-a rayonun hüquq mühafizə orqanlarından məlumat verilib. Sözügedən şəxs 46 yaşlı bağban İlyasov Ruslan Ənvər oğludur.
Belə ki, R.İlyasov Mərdəkan qəsəbəsində yerləşən bağ evinin həyətində Musayev Sergey Anatolyeviçi qətlə yetirib.
Daha sonra polisə zəng edərək, qətl törətdiyini bildirib. R.İlyasov polis əməkdaşlarının narahat olmamasını, ən qısa zamanda öz xoşu ilə bölməyə gələcəyini söyləyib.
İlyasov dindirilən zaman Musayevi qısqanclıq zəminində qətlə yetirdiyini açıqlayıb. Bildirib ki, Musayevin onun həyat yoldaşına "gözü düşübmüş”. Hətta ona sataşıb.
Hüquq mühafizə orqanı əməkdaşları İlyasovun həyat yoldaşının 70-dən çox yaşının olduğu faktını nəzərə alaraq, bu ifadənin inandırıcı səslənmədiyini bildirir.
İlyasovun xanımı ilə arasındakı böyük yaş fərqi özü də polis müstəntiqlərində bir çox suallara yol açıb: "Onların bu nikahı necə baş tutub?”
Saxlanılan şəxs əmin edir ki, qadına təşəkkür əlaməti olaraq onunla evlənib. İlyasovun bundan əvvəl qəsdən adam öldürmə maddəsi ilə məhkumluğu olub, onu təhqir edən şəxsi doğrayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol