Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. ANN.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki,mülayim şimal-şərq küləyi gecəyə doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 17-21, gündüz 24-27 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında sentyabrın 20-də qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı dağlıq ərazilərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 15-20, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























