• $
  • €
  • ₽
  • ₺
  • £

“Sovetski”dən köçmək üçün müraciət edən ailələrin sayı 2400-ə çatıb

“Sovetski”dən köçmək üçün müraciət edən ailələrin sayı 2400-ə çatıb
19.09.2014 17:53
Bakının “Sovetski” məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 2400-ə çatıb.Bu barədə APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov bildirib. O deyib ki, 2115 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, artıq 2076 əmlak sahibinin bank hesabına vəsait köçürülüb. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır. Komissiya sədri söküntü ərazisinə düşən 3 447 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işlərinin aparıldığını, 1406 mənzil və qeyri-yaşayış sahəsinin söküldüyünü də açıqlayıb. S.İslamov bildirib ki, avqust-sentyabr ayları ərzində əsas diqqət söküntü və söküntü materiallarının daşınmasına yönəlib. Onun sözlərinə görə, sentyabrın 15-də tədris ilinin başlaması ilə əlaqədar çoxlu sayda mənzil və qeyri-yaşayış sahəsinin söküldüyü Mirzağa Əliyev küçəsini bir həftə ərzində bağlamalı olublar: “24 saat qrafikində çalışıldı və oradan 350 maşın söküntü tullantısı daşındı. Bütün qüvvələrimizi səfərbər etməklə sentyabrın 15-dək tullantıların daşınmasına və yolun yenidən açılmasına nail olduq”. Köçürmə Komissiyasının həftənin 2 və 4-cü günləri, avqustun 4-də Komissiyanın nəzdində yaradılmış Hüquqi Yardım Qrupunun həftənin 1, 3 və 5-ci günləri fəaliyyət göstərdiyini xatırladan S.İslamov bu qrupun fəaliyyətinin özünü doğrultduğunu vurğulayıb: “Vətəndaşlara təmənnasız hüquqi yardım göstərən Hüquqi Yardım Qrupu uzun illər həllini tapmayan mübahisəli məsələlərlə bağlı vətəndaşların mənafelərini müdafiə etmək üçün məhkəmədə 11 vətəndaşın iddiasını qaldırıb və hazırda iddialar məhkəmə baxışındadır”. Qeyd edək ki, “Sovetski” məhəlləsində ümumilikdə 10 minə yaxın ailə yaşayır.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol