• $
  • €
  • ₽
  • ₺
  • £

“Land Cruiser”lə 9 maşını əzən “sürücü”nün kimliyi bəlli oldu

“Land Cruiser”lə 9 maşını əzən “sürücü”nün kimliyi bəlli oldu
02.05.2019 14:12
Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 54/56 ünvanında yerləşən binanın həyətində "Land Cruiser” markalı maşınla həyətdə dayanmış avtomobilləri əzən sərxoş "sürücü”nün kimliyi müəyyənləşdirilib.

Anews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Modern.az-a bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb:

"Bu, həmin ərazidə kirayədə yaşayan Sənan Kərimov adlı şəxsdir. Müayinə zamanı Sənan Kərimovun sərxoş olduğu müəyyənləşib. Hazırda Binəqədi rayon Polis İdarəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

O.Mansurzadə qeyd edib ki, hadisə zamanı 9 nəqliyyat vasitəsi zərər görüb:

"Nəqliyyat vasitələrinə dəymiş zərər müəyyən edildikdən və araşdırmalar başa çatdıqdan sonra məsələyə hüquqi qiymət veriləcək”.

DİN rəsmisinin sözlərinə görə, maşınları əzən "Land Cruiser” avtomobilinin  sahibi xaricdə yaşayır:

"O, avtomobilin açarlarını qonşusuna həvalə edərək, müəyyən vaxtlarda mühərrikin işə salmağı xahiş edib. Sənan Kərimov da bundan istifadə edərək belə xoşagəlməz hadisəni törədib”.

Qeyd edək ki, hadisə nəticəsində ən az zədələnən avtomobilə 1500-2000 manat ziyan dəydiyi bildirilir. Əzilən avtomobillərin arasında son model "Land Cruiser”, "X-Trail”, "Passat”, "Range Rover”, "Mercedes”, "Niva” və s. var.

Bina sakinlərindən biri hadisəni mobil telefonla çəkməyə imkan tapıb. Kadrlardan görünür ki, "Land Cruiser”in sükanı arxasında olan şəxs avtomobili tamamilə qeyri-adekvat idarə edir, sanki bilərəkdən park vəziyyətində olan avtomobilləri əzir. Avtomobilin sahibi Rafiq adlı şəxsin Türkiyədə yaşdığı qeyd edilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol