• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda narkotikdən zəhərlənmələr daha çox heroindən olub

Azərbaycanda narkotikdən zəhərlənmələr daha çox heroindən olub
02.05.2019 20:30
Azərbaycanda ötən il narkotik zəhərlənmələri ilə xəstəxanaya yerləşdirilmələr daha çox iynə ilə bədənə yeridilən heroindən olub.

Anews.az xəbər verir ki, bunu Trend-ə Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev deyib.

Onun sözlərinə görə, zəhərlənməyə narkotik maddələrin dozadan artıq qəbul edilməsi səbəb olur.

İ.Əfəndiyev qeyd edib ki, Azərbaycanda narkotik vasitələrdən zəhərlənmə halları azalıb. 2017-ci ildə 56, 2018-ci ildə 52 nəfər narkotik vasitələrdən zəhərlənib. 2017-ci ildə bütün zəhərlənmələrin (2016 hal) 2,8 faizi, 2018-ci ildə isə 2,4 faizi (2169 hal) narkotik vasitələrdən zəhərlənmə hallarının payına düşüb:

"Bunlar narkotik vasitələrdən asılı şəxslər olublar. Dozanı artırdıqları üçün zəhərlənməyə məruz qalıblar".

İ.Əfəndiyev deyib ki, zəhərlənmələr daha çox cavan və orta yaşlı kişilər arasında baş verir.

Qeyd edək ki, Azərbaycanda 2018-ci ildə rəsmi qeydiyyata alınan narkotik istifadəçilərinin sayı 31 432 nəfər olub. Narkotik istifadəçilərinin 26 346 nəfəri dispanser, 50 86 nəfəri profilaktik qeydiyyatdadır. Ümumilikdə, istifadəçilər arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər.

Azərbaycanda narkotik istifadəçiləri daha çox opiat qrupuna daxil olan narkotiklərdən - tiryək, heroin və kokosdan istifadə edirlər.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol