• $
  • €
  • ₽
  • ₺
  • £

Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktoru Cocuq Mərcanlıya səfər edib

Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktoru Cocuq Mərcanlıya səfər edib
03.05.2019 09:44
Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin ölkəmizdə səfərdə olan direktoru Aleksandra Bilak başçılıq etdiyi nümayəndə heyəti ilə birgə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub.

Uzun müddət Ermənistanın işğalçı qüvvələrinin nəzarəti altında qalan, 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun uğurlu əks-həmlə əməliyyatı nəticəsində azad edilən kənddə Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilmiş bərpa-quruculuq işləri barədə qonaqlara ətraflı məlumat verən Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov bildirib ki, respublikamızın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış sakinlər artıq öz ata-baba yurdlarına qayıdaraq burada təhlükəsiz şəraitdə yaşayırlar. Cocuq Mərcanlıya qayıdış işğal altındakı digər ərazilərin də tezliklə işğaldan azad ediləcəyinə və "Böyük Qayıdış”ın başlanacağına ümid və inam yaradıb.

Cəbrayıl Rayonunun İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qonaqlarla görüşdə kəndə qayıtmış əhalinin sosial-iqtisadi vəziyyəti, məşğulluğunun təmin edilməsi üçün həyata keçirilən tədbirlər barədə söz açıb. Qeyd edilib ki, burada iş yerlərinin yaradılması məqsədilə yerli və xarici təşkilatlar tərəfindən layihələr həyata keçirilir. 

Daha sonra qonaqlar Cocuq Mərcanlı sakini Oqtay Həziyevin evində olublar. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hələ 1994-cü ildə aparılan uğurlu Horadiz əməliyyatından sonra Cocuq Mərcanlı kəndi işğaldan azad edilsə də, kənd işğalçı qüvvələrin yaxın məsafədəki mövqelərindən daim atəşə tutulurdu. Aprel döyüşləri nəticəsində təcavüzkarlar geri çəkilməyə məcbur edildilər. Hazırda müasir üslubda bərpa olunan kənddə rahat yaşayış üçün hər cür şərait yaradılıb. 

Qonaqlar Cocuq Mərcanlıda inşa edilmiş Şuşa məscidinin bənzəri olan məscidə və digər infrastruktur obyektlərinə baş çəkib, yerli icma nümayəndələri ilə görüşüblər. Səfərdə Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktorunun köməkçisi Hacen Məhəmmədi, Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov, onun müşaviri Seymur Mərdəliyev və başqaları iştirak ediblər.

Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktoru Aleksandra Bilak Cocuq Mərcanlıda aparılan işləri yüksək qiymətləndirib, azərbaycanlı məcburi köçkünlərin məruz qaldığı humanitar faciənin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm tədbirlər görülməsinin vacibliyini qeyd edib, səfərin təşkilinə görə təşəkkürünü bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol