• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “Qaqaş” ləqəbli şəxs və dəstəsi tutuldu – ƏMƏLİYYAT

Bakıda “Qaqaş” ləqəbli şəxs və dəstəsi tutuldu – ƏMƏLİYYAT
29.05.2020 08:51
Binəqədi rayonu ərazisində cari ilin yanvar-mart ayları ərzində bağ evlərindən silsilə oğurluqlar edən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıblar.

Binəqədi rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 4-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində dəstənin üzvləri paytaxt sakinləri Əsədullayev Valeh Fəyaz oğlu, Məmmədov Sadiq Ağahəsən oğlu, İsmayılov Balakişi Alım oğlu, Mədətov İmran Ağababa oğlu və Hüseynov Niyaməddin Əhməd oğlu tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, dəstənin başçısı "Qaqaş” ləqəbli Valeh Əsədullayev olub. O, adları çəkilən şəxsləri ətrafına toplayaraq müxtəlif vaxtlarda Binəqədi, Abşeron və Sabunçu rayonlarında yerləşən bağ evlərindən oğurluq hadisələri törədib.

Saxlanılan şəxslərin Binəqədi və ətraf rayonlarda 25 bağ evindən oğurluq etdikləri istintaq yolu ilə sübuta yetirilib. Qeyd edək ki, dəstə üzvləri mənzillərdən əsasən kombi aparatları, televizorlar, xalçalar, müxtəlif məişət əşyaları, hətta bir neçə evin pəncərisini belə sökərək oğurlayıblar. Həmin əşyalar Valeh Əsədullayevin Binəqədi qəsəbəsində yerləşən obyektinə gətirilərək orada gizlədilib. Obyektə baxış zamanı oğurlanan əşyaların bir qismi maddi sübut kimi götürülərək istintaqa təqdim edilib. Onların yaşadıqları evlərdən oğurluqlara gedən zaman istifadə etdikləri maskalar, papaqlar, həmçinin mənzilə daxil olan zaman istifadə etdikləri alətlər də aşkar edilib.

İstintaq zamanı həmçinin dəstə üzvlərinin başqa bir şəxsə məxsus yük avtomobilini qaçırdıqları və bağ evlərindən oğurladıqları əşyaları həmin nəqliyyat vasitəsilə daşıdıqları da müəyyən edilib.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Dəstə üzvlərinin barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.
 





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol