Respublika İdman Tibb Mərkəzi ləğv edilib

Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.
Anews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən Nazirlər Kabinetinin 2001-ci il 8 sentyabr tarixli qərarı ilə yaradılmış Gənclər və İdman Nazirliyinin tabeliyindəki Respublika İdman Tibb Mərkəzi ləğv edilib.
Gənclər və İdman, Ədliyyə, Maliyyə nazirliklərinə və Əmlak Məsələləri Dövlət Komitəsi bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























