• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda zibil işinə britaniyalılar baxacaq

Bakıda zibil işinə britaniyalılar baxacaq
03.05.2019 15:09
Ölkə başçısının tapşırıqlarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə müqavilə bağlanıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.


Onun sözlərinə görə, müqaviləyə uyğun olaraq şirkət tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyası hazırlanması işləri sürətlə davam edir.

Bu işlərin əsas məqsədi paytaxt Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması işlərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırmaq, paytaxtımızı gözəl məkana çevirməkdir.

Bununla əlaqədar şirkətin 2 mütəxəssisi - Alex Symeonidis və Nick Wilson Bakıdadırlar və onların rəhbərliyi ilə yeni yaradılmış Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Məişət Tullantılarının İdarə Edilməsi Üzrə Monitinq Mərkəzində 2 həftə ərzində ərazidən yığılmış məişət tullantılarının kompozisiyası araşdırılır.

Bu müddət başa çardıqdan sonra yekun nəticələrə əsasən məişət tullantılarının yığılması və daşınması sahəsində yeni innovativ metodların tədbiq edilməsi üçün lazımi qərarlar veriləcək.


Belə ki, məişət tullantılarının yığılma sahəsindən hansı çeşidləmə növlərinin tədbiqi və onların daşınmasında daha səmərəli  marşrutlarının təyin olunması istiqamətində işlər aparılır.

Bu proses bir neçə ay ərzində başa çatdırılacaq və bu işlərin gedişatına paralel olaraq məişət tullantılarının yığılması üçün xüsusi qabların (konteynerlərin) ölçüləri, rəngləri, üzərində yazılacaq loqolar və ən əsası əhali arasında maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.


Bu layihə uğurla nəticələnəcəyi halda ətraf mühit üçün böyük müsbət təsirlər, həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək, reqiondakı digər şəhərlər üçün də gələcəkdə başlanğıc nöqtəsi olacaq.

Konsepsiya şərçivəsində artıq 3 aya yaxındır ki, Bakı şəhərində işlər gedir, 7 rayonda (Səbail, Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Nizami və Xətai) məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub.

Digər rayonlarda da yeni konteynerlərin qoyulması nəzərdə tutulub. Konsepsiyanın başa çatdərəlması və tam şəkildə işə həyata keçirilməsi işləri 2019-cu ilin sonu 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.


Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan Monitorinq Mərkəzində Böyük Britaniya Mott MacDonald şirkətinın mütəxəssisləri Alex Symeonidis və Nick Wilson ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çəərçivəsində görülən və nəzərdə tutulan işlər barədə ətraflı məlumat verib. Onlar jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol