Bakıda pulsuz çörək paylanır - VİDEO

Bakıda imkansızlar üçün pulsuz çörək paylanılır. “Pulsuz çörək verilir” yazısı olan elan paytaxtın böyük marketlərindən birinin vitrininə yapışdırılıb. Mağazanın administratoru ANS-ə açıqlamasında bu aksiyanın uzun müddətdir davam etdiyini deyib. Lakin bəzi şəxslər aksiyadan sui istifadə edirlər. Belə ki, iki çörək götürməli olduqları halda bəzən daha çox çörək götürürlər.“Biz tez-tez pulsuz çörək paylayırıq. Demək olar ki, gün ərzində yüzə yaxın çörək verilir. Artıq 3 ildi ki, bu aksiya yerinə yetirilir".Qeyd edək ki, oxşar təşəbbüslə çıxış edən insanlar ölkəmizin müxtəlif yerlərində də var. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























