• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsinin sədri “Qobu Park”da görüş keçirib

Dövlət Komitəsinin sədri “Qobu Park”da görüş keçirib
28.05.2020 22:07
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu Park” yaşayış kompleksində məcburi köçkünlərlə görüşüb. 

Dövlət Komitəsinin sədri qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin mühüm istiqamətləri, son bir ildə görülən işlər barədə danışıb, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrdən söz açıb. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşlaşdırılmasına xüsusi diqqət yetirir. Dövlətimizin başçısı Nazırlər Kabinetinin bu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir daha vurğulayıb ki, hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var və onların problemlərinin həlli bizim üçün əsas məsələlərdən biridir. Hazırda paytaxtda və bölgələrdə məcburi köçkünlərin üçün yeni yaşayış komplekslərinin inşası davam etdirlir. Bunların arasında "Qobu Park-2” layihəsinin də olduğunu qeyd edən Dövlət Komitəsinin sədri yeni kompleksin yaxın vaxtlarda istifadəyə veriləcəyini bildirib.

Bu il aprelin 26-da Birinci vitse-prezident xanım Mehriban Əliyevanın "Qobu Park” yaşayış kompleksinə gələrək məcburi köçkünlərlə görüşməsi, onların yaşayış şəraiti ilə tanış olması, müraciətlərini dinləməsi və qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verməsi müharibədən əziyyət çəkən insanlara dövlət qayğısının növbəti təcəssümü kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, Birinci vitse-prezidentin tapşırıqlarının dərhal icrasına başlanılıb, yaşayış kompleksi sakinlərinin müraciətlərində qaldırılan məsələlər mövcud qanunvericilik çərçivəsində öz həllini tapacaqdır.

Dövlət Komitəsinin sədri görüşdə iştirak edən məcburi köçkünlərin çoxsaylı müraciətlərini dinləyib, suallarını cavablandırıb. Müraciətlər mənzil-mənzil şəraiti və su təchizatının yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi, iş yerlərinin açılması və s. məsələlərlə bağlı olub. Yazılı və şifahi müraciətlərin hər biri qeydə alınıb. Onlara Dövlət Komitəsində baxılacağı, müvafiq qaydada rəsmi cavab veriləcəyi bildirilib.

Görüşdə çıxış edənlər dövlətimizin onlara göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edib, ölkə rəhbərliyinə təşəkkürlərini bidiriblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol